Gədəbəydə kartof əkini sahələri zərərvericilərin hücumuna məruz qalıb


Digərləri 11 İyl 2018 13:27:55 231 0

Gədəbəydə kartof əkini sahələri zərərvericilərin hücumuna məruz qalıb

Gədəbəy rayonunda mövcud olan 11 820 hektar kartof əkini sahəsi mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bakı. Gədəbəy rayonunda mövcud olan 11 820 hektar kartof əkini sahəsi mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır. Xidmətdən Trend-ə verilən məlumata görə, əkin sahələrində kartof zərərvercilərinə qarşı davamlı müşahidə və mübarizə tədbirləri aparılır, təsərrüfat sahibləri və fermerlərlə mütamadi görüşlər keçirilir və sahələri nəzarətdə saxlamaq üçün müvafiq tövsiyələr verilir. Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8 300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparılıb və 4 100 hektar sahənin karantin zərərvericisi olan Kolorado kartof böcəyi ilə, 4 200 hektar sahənin isə fitaftora xəstəliyi ilə sirayətləndiyi müəyyən edilib. Mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado kartof böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.