Sayt rəhbərinə hökm oxundu


Digərləri 11 İyl 2018 13:11:00 265 0

Sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində, dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Elnur Vaqifoğlu öz qohumu olan Orxan Məhrəliyevə qarşı dələduzluq edib. O qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib.

Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.

O, indiyə kimi iki dəfə məhkumluq həyatı yaşayıb.