Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının fərdi jurnalist yazıları müsabiqəsi elan edir


Digərləri 11 İyl 2018 13:02:00 232 0

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Bakı. Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir. Trend-in məlumatına görə, "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsi 22 iyul - Milli Mətbuat Gününə həsr olunur. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması: Mükafatlandırılma aşağıdakı formada aparılacaq: I yer – 1 nəfər - 1000 manat II yer – 1 nəfər - 800 manat III yer – 1 nəfər - 500 manat Həvəsləndirici mükafat 10 nəfər - 100 manat Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır: Təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişafı və perspektivləri; Azərbaycan Respublikasının gömrük qanunvericiliyi, müasir tələblər və çağırışlar; Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət, gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən işlər; Gömrük nəzarətinin təşkili, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları və əhəmiyyəti; Elektron gömrük, Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası; Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər, gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri; Gömrük-Biznes əməkdaşlığı; Azərbaycan Gömrüyü beynəlxalq gömrük ailəsinin etibarlı tərəfdaşı kimi. Qiymətləndirmə meyarları: - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;