Gəncə qiyamçıları: biri anasını öldürüb, o biri Rusiyada oğurluq edib, digəri arvadını qətlə yetirib


Digərləri 11 İyl 2018 12:39:45 235 0

Gəncə qiyamçıları: biri anasını öldürüb, o biri Rusiyada oğurluq edib, digəri arvadını qətlə yetirib

Gəncədə dünən baş vermiş hadisələr Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Sosial şəbəkələrdə iğtişaşların videogörüntüləri yayımlanıb.

Bu videokadrlara hətta ötəri baxış da kifayət edir ki, iğtişaşların iştirakçılarının sosial tərkibini müəyyən edəsən. Əksəriyyət etibarilə aksiyaya kriminal elementlər cəlb olunmuşdu.

Qəribə odur ki, talançılar küçəyə dini fanatizm bayrağı altında çıxmışdılar. Meydanda əsas şüar "Allahü Əkbər" və islamçıların digər çağırışları idi.

Son.az xəbər verir ki, virtualaz dünənki iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar və təfərrüatlar əldə edə bilib.

Belə ki, şübhəlilərdən biri - 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb.