Qanunsuz ov edənlər cərimələndilər


Digərləri 11 İyl 2018 12:35:00 280 0

Qanunsuz ov edənlər cərimələndilər

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına əsasən, qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Son.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.

Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.