Deputat: Gəncədəki hadisəni törədənlər Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qruplaşmalardır


Digərləri 11 İyl 2018 11:44:00 249 0

Deputat: Gəncədəki hadisəni törədənlər Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qruplaşmalardır

Dünən Gəncədə baş verən iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin Müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyatı yoxdur.

Bakı. İlhamə İsabalayeva - Dünən Gəncədə baş verən iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin Müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyatı yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb". Bunu Trend-ə millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib. Onun sözlrinə görə, iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şəraiti yaradıb və onların işlərinə qarışmır. Deputat qeyd edib ki, hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır: