"Bzi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı"


İdman 11 İyl 2018 11:14:00 288 0

"Bzi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı"

Gənc çalışdırıcı İranla yoxlama oyunundakı 0:4 hesablı məğlubiyyətdən sonra AFFA-nın saytına açıqlama verib.Quliyev asiyalılarla hər iki qarşılaşmadakı darmadağınlar (1:5, 0:4), həmçinin toplanış barədə fikirlərini açıqlayıb: “Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı”.

“İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir”. Goal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev deyib.

Məşqçinin sözlərinə görə yoxlama oyunlarındakı nəticələr böyük əhəmiyyət kəsb etmir: “Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.