XİN: Yaponiyada ölənlər arasında azərbaycanlı yoxdur


Digərləri 11 İyl 2018 11:09:22 232 0

XİN: Yaponiyada ölənlər arasında azərbaycanlı yoxdur

Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlanılıb:

"Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar arasında azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə, xalqına başsağlığı veririk".