Gömrükdə çantadan narkotik vasitə çıxdı


Digərləri 11 İyl 2018 11:17:00 244 0

Gömrükdə çantadan narkotik vasitə çıxdı

Gömrükdə çantadan narkotik vasitə çıxdı.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib.