3 nəfərin öldüyü dəhşətli ailə qəzası VİDEO FOTO


Digərləri 11 İyl 2018 11:04:00 236 0

3 nəfərin öldüyü dəhşətli ailə qəzası  VİDEO  FOTO

Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Son.az ARB TV-yə istinadən xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb.  Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadə xəstəxanada, onun anası Bənövşə Aydınzadə və 7 aylıq övladı isə hadisə yerində ölüblər. Fuad Aydınzadənin həyat yoldaşı və bacısı, 36 yaşlı Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar