Qarabağ Çempionlar Liqasında mübarizəyə başlayır


İdman 11 İyl 2018 10:53:00 40 0

Qarabağ Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. Goal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək.

Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək qarşılaşmaya Lourens Visserin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası təyinat alıb.

"Qarabağ" Çempionlar Liqasının formatı dəyişdiyinə görə, ilk dəfə I təsnifat mərhələsində çıxış edəcək. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Ağdam klubu ilk sədləri uğurla keçə bilib.

Yay fasiləsində 11 futbolçu ilə vidalaşan "Qarabağ" heyətini 6 yeni oyunçu ilə gücləndirib. İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayıran komanda 2 yeni qapıçı transfer edib. Son ölkə çempionu Tor Hannes Haldorsson və Vaqner Da Silvanı heyətinə qatıb.

Ağdam klubu həmçinin müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçilər Abdullah Zubir, Simoen Slavçev və Filip Ozobiçi komandaya cəlb edib.

Bu qarşılaşma "Olimpiya"nın baş məşqçisi İliya Stolitsanın ilk rəsmi oyunu olacaq. 39 yaşlı mütəxəssis iyundan komandaya rəhbərlik edir.

Lyublyana təmsilçisi heyətinə 4 yeni oyunçu cəlb edib. Komanda Marko Putintsa, Andriya Kaluceroviç, Haris Kadriç və Matiç Çrniçinin transferlərini reallaşdırıb. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya "Riyeka"sına icarəyə verib.

Çempionlar Liqası, I təsnifat mərhələsi

22:00 "Olimpiya" (Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN)

Hakimlər: Lourens Visser, Karel De Rokker, Jo de Veirdt, Bram Van Dressxe (hamısı Belçika)

Lyublyana, "Stojitse" stadionu.

Xətaidə binada elektrik lövhəsi alışdı - 2 nəfər təxliyə olundu like
  • 11 İyl 10:52  
Digərləri Xətaidə binada elektrik lövhəsi alışdı - 2 nəfər təxliyə olundu

Bakıda səhər saatlarında yaşayış binasında yanğın faktı qeydə alın

arrow Ətraflı
XİNdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı çağırış like
  • 11 İyl 10:51  
Siyasət XİNdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı çağırış

Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün b

arrow Ətraflı
Yunanıstan 2 rusiyalı diplomatı ölkədən qovdu like
  • 11 İyl 10:43  
Dünya Yunanıstan 2 rusiyalı diplomatı ölkədən qovdu

İki rusiyalı diplomat Yunanıstandan çıxarılıb.

arrow Ətraflı
Brejnevin nəvəsi öldü like
  • 11 İyl 10:36  
Dünya Brejnevin nəvəsi öldü

Sovet İKP MK-nın birinci katibi Leonid Brejnevin nəvəsi Andrey Brejnev Krım

arrow Ətraflı
Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub like
  • 11 İyl 10:34  
İdman Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub

Belçika millisinin 2018-ci il dünya çempionatının yarımfin

arrow Ətraflı
Magistraturaya qeydiyyat bu gün başa çatır like
  • 11 İyl 10:32  
Digərləri Magistraturaya qeydiyyat bu gün başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul

arrow Ətraflı
""Bozbaş Pictures"ə baxanda əsəbimdən partlayıram"  Elmira Şabanova like
  • 11 İyl 10:27  
Şou-biznes ""Bozbaş Pictures"ə baxanda əsəbimdən partlayıram" Elmira Şabanova

Çoxdandır görünməyən xalq artisti, tanınmış aktrisa Elmira Şabanova s

arrow Ətraflı
"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarıldı like
  • 11 İyl 10:26  
Digərləri "Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - "Olimpiya" oyununun biletləri satışa çıxarılıb.

arrow Ətraflı
Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ like
  • 11 İyl 10:18  
Digərləri Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində "Zaman Press" qəzetinin baş redak

arrow Ətraflı