Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonların satışının qarşısı alınacaq


Digərləri 11 İyl 2018 11:06:00 252 0

Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonların satışının qarşısı alınacaq

Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz

Bakı. Hüseyn Vəliyev - Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz. Trend-in məlumatına görə, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib. O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.