Səfir: "Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil"


Digərləri 11 İyl 2018 10:45:00 245 0

Səfir: "Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil"

Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi:

"Bu səfərlər Türkiyə ilə Azərbaycan arasında çox mühüm ənənə halını alıb. Azərbaycanla Türkiyə hər zaman birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".

Diplomat qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da irəliyə gedəcək.

E.Özoral əlavə edib ki, Türkiyə və Azərbaycan yalnız iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq edir və bundan sonra da etməyə hazırdır: "Türkiyənin imkanları Azərbaycanın imkanlarıdır. Əlimizdə nə varsa, sizinlə paylaşmağa hazırıq".