Kanat Amankulov: "Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakı gözlənilir"


Siyasət 11 İyl 2018 10:13:11 304 0

Kanat Amankulov: "Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakı gözlənilir"

Sammit Qırğız Respublikasında sentyabrın 3-də keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasınasəfəri gözlənilir.

"Report"un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türk Şurasının İkinci Gənclər Festivalı çərçivəsində keçirilən "dəyirmi masa"da bu ölkəningənclər, bədən tərbiyəsi və idman məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov bildirib.

Onun sözlərinə görə, sentyabrın 2-də Bişkekdə növbəti Köçəri oyunlara start veriləcək: "Sentyabrın 3-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edəcəklər, həmçinin Macarıstan prezidentinin iştirakı gözlənilir".

Qeyd edək ki, hazırda Qırğız RespublikasıTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir.