Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ


Digərləri 11 İyl 2018 10:18:00 240 0

Dələduzluq edən baş redaktorun şikayəti RƏDD EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.