Yeni Samsung Galaxy A6/A6+ smartfonlarının rahat dizaynı


Digərləri 11 İyl 2018 10:00:00 292 0

Yeni Samsung Galaxy A6/A6+ smartfonlarının rahat dizaynı

Yeni cihazı seçərkən biz hər bir xırda detala diqqət yetirir və onun bizim hər bir tələbimizə uyğun olmasını arzulayırıq. Belə ki, smartfon əldə edərkən onun istifadədə rahat olması və keyfiyyətli materiallardan hazırlanması bizim üçün böyük mahiyyət daşıyır.

Yeni Samsung Galaxy A6 xəttinin smartfonları alüminiumdan hazırlanmışdır. Metal korpus yeni xəttin zahiri görünüşünü daha cəlbedici etməklə yanaşı, smartfonlardan istifadə zamanı sizə yeni təəssüratlar yaşatmağa qadirdir. Korpusun hissəsinə isə şəbəkə antenlərinin işləməsi üçün nəzərdə tutulmuş xüsusi plastik əlavələr yerləşdirilib. Bunlarla yanaşı "Sərhədsiz" displey və incə çərçivələri sayəsində Galaxy A6 özünə daha çox diqqət cəlb edir. Super AMOLED displeyin icazəsi 18,5:9 olaraq, 5,6" diaqonallıdır.

Olduqca geniş ekrana sahib olmasına baxmayaraq, çəkisi yüngül, korpusu incə, yeni format displey sayəsində isə ümumi eni azalan smartfonun geyim cibində daşınması və istifadəsi olduqca rahatdır. Displey ətrafı haşiyənin minimal olması isə cihaza xüsusi zəriflik verir. Üst çərçivənin üzərində "flash" işıqlı ön kamera, danışıq dinamiki və işıqlandırılma sensoru yerləşdirilib. Yeni smartfonların ekranları, baxış bucaqları geniş olaraq, hətta parlaq günəşdə belə aydın oxunur. Həmçinin, burada Always on Display funksiyası da aktivdir. Bu funksiya sayəsində ekranda ağ-qara rejimdə saat və bildirişlər əks etdirilir.