Pakistanda terror hücumu nəticəsində ölənlərin sayı 12ə çatıb


Dünya 11 İyl 2018 08:52:00 258 0

Pakistanda terror hücumu nəticəsində ölənlərin sayı 12ə çatıb

Pakistanda terror aktında ölənlərin sayı 12-ə çatıb, daha 35 nəfər yaralanıb. Bu barədə Trend "Pakistan Today" qəzetinə istinadən xəbər verir.

Hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.