Gənc oğlan boğazından xəsarətlə xəstəxanaya yerləşdirilib


Kriminal 11 İyl 2018 08:22:00 276 0

Gənc oğlan boğazından xəsarətlə xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində bir nəfər bıçaq xəsarəti alıb.

Son.az report.az-a istinadən bildirir ki, gecə saatlarında 2 saylı orta məktəbin qarşısında boğaz nahiyəsindən kəsici alətlə xəsarət almış bir nəfər xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, bu, hadisənin baş verdiyi əraziyə yaxın yerləşən yataqxananın 1989-cu il təvəllüdlü sakini Şirəliyev Elvin Mirəli oğludur. Onun intihara cəhd etdiyi, yaxud kimsə tərəfindən vurulduğu, hələlik tam məlum deyil.