Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransadadır


Digərləri 11 İyl 2018 08:26:00 288 0

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransadadır

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya rəsmi səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya rəsmi səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib. Trend-ə Komitədən verilən məlumata görə, səfərin ilk günü Komitə sədri Azərbaycan Respublikasının Fransadakı səfirliyində olub, ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, Fransanın Daxili İşlər Naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb.