Səudiyyə Ərəbistanda qadınlar artıq bu sektorda da çalışa biləcək


Dünya 11 İyl 2018 07:28:00 304 0

Səudiyyə Ərəbistanda qadınlar artıq bu sektorda da çalışa biləcək

Bu yaxınlarda ilk dəfə olaraq qadınlara sürücülük hüququ verən Səudiyyə Ərəbistanı bu dəfə daha böyük yeniliklə medianın diqqətini çəkib. Belə ki, ölkə tarixində ilk dəfə olaraq qadınlara notariatda işləməyə rəsmən icazə verilib.

Son.az xəbər verir ki, bu məlumatı ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb. Onlar rəsmi olaraq 12 qadına notariatda işləmək üçün lisenziya veriblər. Bu lisenziya qadınların notariat kontorunda tam hüquqlü işçi kimi qeydiyyata düşməsini təmin edir.

Məlumata görə, ölkə əhalisinin (əksəriyyəti kişi olmaqla) 1,3 min nəfəri bu lisenziyaya sahibdir.