Bu toyuqları və yumurtaları yemək olmaz


Digərləri 11 İyl 2018 03:30:00 312 0

Bu toyuqları və yumurtaları yemək olmaz

Zaman-zaman gündəmə gələn mövzulardan biri də toyuq ətinin və toyuq yumurtasının keyfiyyəti ilə bağlı yayılan xəbərlərdir. Bazarlarda "kənd çolpası" deyib aldığımız və "broyler" toyuqlarından daha "dadlı" və "keyfiyyətli" hesab etdiyimiz məhsullar əslində bir o qədər də keyfiyyətli olmaya bilir. Kənd çolpasının hansı şəraitdə saxlanıldığını bilirkmi? Kəsilməzdən qabaq heç bir xəstəliyinin olmadığına əminikmi? Broyler toyuqlarının yoxlanışla bağlı sertifikatı var, bəs üzərində hansısa şirkətə məxsus olduğu qeyd edilməyən, sadəcə sellefon paketdə satışa çıxarılan quşların necə? Ümumiyyətlə, yediyimiz qidaların xüsusilə də keyfiyyətli toyuq əti və yumurtanı necə tanımalı?

Bu barədə suallarımızı Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev cavablandırıb.

Son.az xəbər verir ki, o, publika.az-a bildirib ki, məhsulların keyfiyyətli olduğundan xəbər verən bir sıra amillər var ki, onlara diqqət etmək lazımdır:

"Ümumiyyətlə, son zamanlar saxta (Çindən gətirilən məhsulları nəzərdə tutur - red.) gətirilən yumurtaların, eləcə də xəstə quşların ətinin satışa buraxılması ilə əlaqədar məlumatlar yayılıb. Amma bir faktı bilmək lazımdır ki, müəssisələr tərəfindən satışa buraxılan məhsulların hər birinin keyfiyyət sertifikatı olur. Bu, o deməkdir ki, yararsız halda olan ətlər onlar tərəfindən satışa buraxıla bilməz. Əslində Çində insan əli ilə hazırlanan saxta yumurtalar heç Azərbayacan gətirilməyib. Burada insan əməyi nəticəsində jelatin, gips, kalsi və bir neçə kimyəvi maddələrin qarışığından əldə olunan yumurtalardır. Sarılıq məsələsi isə xüsusi qəliblərin və rəng tozlarının köməyi ilə əldə olunur. Bu sistem olduqca bahalı olduğu üçün ölkədə bunun tətbiqi düşünülmür. Bəzən deyirlər ucuz qiymətə satıldığı üçün gətirirlər. Amma bu yanlışdır. Çin əhalisinin sayına görə bu ucuz ola bilər. Lakin bizim ölkəmizdə buna ehtiyac olmadığı üçün o məhsullareın ölkəmizə gətirilməsi də düşünülmür. Onların Azərbaycana gətirilməsi üçün xeyli vəsait ayrılmalıdır".