Məşhur aktyora yanlış müalicə etdilər xərçəng oldu


Digərləri 11 İyl 2018 02:30:00 254 0

Məşhur aktyora yanlış müalicə etdilər xərçəng oldu

Türkiyəli aktyor Ali Rıza Soydan Belçikada bir xəstəxanada yanlış müalicə alıb. Elə buna görə də həkimlər onun xərçəngdən əziyyət çəkdiyini vaxtında anlaya bilməyiblər. 

Son.az axşam.az-a istinadən bildirir ki, aktyorun xəstəliyi buna görə də irəliləyib. 7 ildir Belçikaya köçən və orada yaşayan aktyor restoranda işə başlayıb və ağciyər rentgeni tələb olunub. Nəticədə ağciyərində ləkə görülüb və aktyora vərəm diaqnozu qoyulub. 5 gün həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb.

6 ay müalicəsi davam edən Soydana həkimlər allergiyası olduğunu deyib və antibiotik dərmanlar veriblər. 6 ayın sonunda isə aktyora xərçəng diaqnozu qoyulub.

Ali həkimlərə "Sizlərə inanmıram, 6 aydır yanlış dərmanlar içirəm" söyləyib. Aktyor daha sonra başqa xəstəxanaya gedib və həkimlər onun xərçəng olduğunu təsdiqləyiblər.