Pakistanda kamikadze özünü partladıb, 12 nəfər ölüb


Dünya 11 İyl 2018 00:58:28 350 0

Pakistanda kamikadze özünü partladıb, 12 nəfər ölüb

Ölənlər arasında partiya lideri də var

Pakistanın Pişəvər dairəsində törədilən partlayış nəticəsində azı 12 nəfər həyatını itirib.

“Report” "Dawn" nəşrinə istinadən xəbər verir ki, kamikadze Avami milli partiyasının yığıncağı zamanı özünü partladıb.

Nəticədə 30-dan çox insan xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Ölənlər arasında partiya lideri Harun Bilur da var.