Bütün Amerika 14 yaşlı azərbaycanlı Selcan haqda danışır


Digərləri 11 İyl 2018 00:45:00 417 0

Bütün Amerika 14 yaşlı azərbaycanlı Selcan haqda danışır

14 yaşlı Selcan Əhmədli bəzən həndəsə fənnindən çətinlik çəkir, amma Uest-Farqo Universitetinin gələcək ikinci kurs tələbəsi bunun öhdəsindən gəlir. Bu bacarıq ona Şimali Dakota Universitetində riyaziyyat müəllimi olan atası Azər Əhmədlidən keçib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "WDay-" Amerika portalının azərbaycanlı riyaziyyatçılar ailəsinə həsr etdiyi reportajda bildirilir.

14 il ərzində S. Əhmədli artıq yerli universitetdə bir neçə riyaziyyat kursunun dinləyicisi olub. Mənbə yazır ki, qarşıdan gələn tədris ili ərzində, riyazi dərəcə almaq üçün bir neçə kurs da keçəcək.

İstedadlı qızın atası Azərbaycanın paytaxtı Bakıda doğulub və böyüyüb. Anası və əmiləri riyaziyyat müəllimləridir. Azər Əhmədov Sovet İttifaqı dağıldığı zaman Moskvada təhsil almağı planlaşdırılırdı, o, ABŞ-da yaşamağı heç xəyal da etməyib.

"Biz hamımız çətin vəziyyətdə yaşayırdıq və mən gələcəyim olmadığını düşündüm. Çalışmağımın gələcəkdə nəticə verəcəyinə inanmasam da, riyaziyyatla məşğul idim", - deyə professor A. Əhmədov bildirib.

Onun sözlərinə görə, 1998-ci ildə Yel Universitetinin riyaziyyat kursuna qəbul olan beş xarici tələbədən biri olduqda çox şanslı olduğunu başa düşüb: "Biz bir çox çətinliklər yaşadıq, lakin onlarla mübarizə apardıq. ABŞ-da istedadlı insanları təşviq edir və onlara böyük imkanlar açırlar ", - Azər Əhmədov deyib.