Alma yemək xərçəngin bu növündən qoruyur


Digərləri 10 İyl 2018 23:50:00 258 0

Alma yemək xərçəngin bu növündən qoruyur

Alma yemək yoğun bağırsaq xərçəngindən qoruyur.   Son.az medicina.az-a istinadən bildirir ki, bu, alimlərin apardıqları araşdırmalardan sonra məlum olub. Belə ki, alma flavonoidlərlə zəngindir. Təbii antioksidandır. Onlar hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və bununla da sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin qarşısını alır. Bu maddələr  bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır. Nəzərinizə çatdıraq ki, xroniki qəbizlik kolorektal xərçəng üçün ciddi risk faktoru sayılır.    Mütəxəssislərin fikrinə görə, gündə 2 və daha çox alma yemək bağırsaq xərçəngin riskini 50% azaldır. Almanın qabığında flavonoidlər daha çoxdur və bu səbəbdən alimlər almanı qabıqlı şəkildə yeməyi tövsiyə edirlər.   Həmçinin mütəxəssislər hər gün 1 almanın çəyirdəklərini də yeməyi tövsiyə edirlər. Bu çəyirdəklərin tərkibində olan maddələr qalxanavari vəzi üçün faydalıdır və orqanizmə xərçəng əleyhinə təsir edir.