Netanyahu bir neçə saat polisdə dindirilib


Dünya 10 İyl 2018 23:53:00 261 0

Netanyahu bir neçə saat polisdə dindirilib

İsrail polisi bir neçə saat ərzində Baş nazir Benyamin Netanyahunu sorğu-sual etdiyini təsdiqləyib.

Son.az oxu.az-a istinadən bildirir ki, Netanyahu "4000 işi" üzrə dindirilib.

Söhbət hökumət başçısının yaxınlarının İsrailin nəhəng telekommunikasiya şirkətləri ilə əlaqələrindən gedir.İş üzrə fiqurant qismində Netanyahunun sabiq mətbuat katibi Nir Hefes, Rabitə nazirliyinin baş direktoru Şlomo Fuilber və digər tanınmış şəxslər keçir.