Allah bəndəsinin əməllərinin qəbul olunmasının 2 şərti


Digərləri 10 İyl 2018 23:20:00 365 0

Allah bəndəsinin əməllərinin qəbul olunmasının 2 şərti

Qurani-Kərimdə buyurulur: "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur". ("Nəcm" 39).

Quranın nəzərinə görə, insanın etdiyi hər bir səy və çalışması onun özünə aiddir. Yəni, istər müsbət olsun, istərsə də mənfi səy olsun - insanın özünə aid edilir. Allah Təala Quranda bu barədə buyurur: "Əgər yaxşılıq etsəniz - özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz - özünüzə aiddir". ("İsra" 7).

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər insan bu həqiqəti dərk etsə, o zaman Allah Təaladan istəyəcəkdir ki, onu bəyənilən əməllərə tərəf yönəltsin və pis əməllərdən çəkindirsin.

Əlbəttə unutmamaq lazımdır ki, bu çalışmalar o zaman səmərə verər ki:

1. İnsanın tövbə etmədiyi xəta və günahları olmasın və Allah tərəfindən bağışlanmış olsun.

2. Eyibli işlər görməsin və Səttaril-uyub olan Allahın varlığına göz yummasın.