Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb


Siyasət 10 İyl 2018 22:51:00 309 0

Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb.

Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3."Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.