Mingəçevirdə maşın dəmir maneəyə çırpılıb


Digərləri 10 İyl 2018 22:52:00 253 0

Mingəçevirdə maşın dəmir maneəyə çırpılıb

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Mingəçevir-Bahramtəpə avtomobil yoluna çıxış hissəsində baş verib.

İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil qəza törədib. Maşın yol kənarındakı yaşıllıqların mühafizəsi üçün quraşdırılmış dəmir mühafizə hasarına çırpılıb. Nəticədə Yevlax rayonundan olan 1987-ci il təvəllüdlü sürücü Quliyev Zahid Köçəri oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.