Əfqanıstanda kamikadze partlayışı: azı 12 nəfər ölüb


Dünya 10 İyl 2018 22:26:00 331 0

Əfqanıstanda kamikadze partlayışı: azı 12 nəfər ölüb

Əfqanıstanın Calalabad şəhərində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 12 nəfər ölüb. 

Son.az APA-ya istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti avtoyuma məntəqəsində çalışan uşaqlar var.

Partlayış yanacaq doldurma məntəqəsinin yaxınlığında törədilib. Partlayışdan sonra hadisə yerində güclü yanğın baş verib.