Dünyanın ən innovativ ölkəsi seçildi


Digərləri 10 İyl 2018 22:02:00 311 0

Dünyanın ən innovativ ölkəsi seçildi

İsveçrə növbəti dəfə dünyanın ən innovativ ölkəsi adına layiq görülüb.

Son.az oxu.az-a istinadən bildirir ki, Dünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı beynəlxalq innovasiya indeksində İsveçrə 8-ci dəfə ilk yerdə qərarlaşıb. Ən innovativ ölkələr siyahısında sonrakı yerlərdə Niderland, İsveç, Böyük Britaniya və Sinqapur dayanır.

Ümumilikdə 80 indikator əsasında tərtib edilən indeksdə İsveçrə əsasən qeydiyyata alınan patentlər, əqli mülkiyyət, elmi tədqiqatlar və innovativ layihələrə yatırılan investisiyaların həcminə görə digər ölkələri qabaqlayıb. Yüksək və orta innovativ texnologiyalar əsasında istehsal üzrə İsveçrə ikinci yerdə qərarlaşıb.