Gəncədə qeyriqanuni aksiya dağıdıldı


Digərləri 10 İyl 2018 22:04:00 511 0

Gəncədə qeyriqanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.