İslam dinində heyvanı kəsməyin qaydaları


Digərləri 10 İyl 2018 22:10:00 378 0

İslam dinində heyvanı kəsməyin qaydaları

İslam dininin nəzərinə görə hər bir heyvanın insan üzərində haqqı vardır. Misal üçün, ördəyin insan üzərində olan haqları ilə tanış olacağıq.

Əmirəl-möminin (ə) şəhid olmazdan əvvəl ördəkləri barəsində Ümmi-Gülsümə buyurur: "Ey qızım! Sənin boynunda olan haqqıma görə sənə and verirəm ki, bu ördəkləri azad et və həbs etmə. Çünki bu heyvanların dili yoxdur ki, acanda və susuzlayanda desin. Onları öz hallarına burax ki, otluq yerdə yeməklə məşğul olsunlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, dinimizin nəzərinə görə hər bir heyvan ki, insan tərəfindən bəslənib böyüdülür, onun yeməyi, suyu, otu, qalan ehtiyacları sahibinin boynunda olan haqqıdır. Sahibi gərək bunları təmin etsin və heyvanlara qarşı mehriban olsun. Onları incitməsin və əziyyət verməsin. Onların qorunması və sakin olmaqları üçün məkan təmin etməlidir.

Dinimiz o heyvanların ki, ətini yemək olar, onlarla bağlı bir çox tövsiyələr vermişdir. Bunlardan bəziləri vacib, bəzləri müstəhəbdir:

Heyvanın başını kəsməyin qaydası belədir:

Onun dörd böyük damarını tamam kəsməlidirlər:

a) Nəfəs borusu;

b) Udlaq (yemək borusu);

c-d) Hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar.

Heyvanın başını kəsməyin şərtləri: