İnsan Allahı necə sevməlidir?


Digərləri 10 İyl 2018 21:50:00 295 0

İnsan Allahı necə sevməlidir?

İmam Sadiq (ə) buyurur: "İnsanın imanı pak və xalis olmaz, məgər o halda ki, Allah onun üçün canından, malından, atasından, anasından, övladından, ailəsindən və bütün insanlardan daha sevimli olar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah buyurur: "Heç bir bəndə vacibatı yerinə yetirmək kimi ən yaxşı şeylə Mənə dostluq və məhəbbətini bildirməmişdir. Bəndə nafilələri yerinə yetirərək, Mənə qarşı məhəbbət və sevgisini bildirər, o yerə qədər ki, Mənim məhbubum olar. O zaman ki, Mən onu sevərəm, eşitdiyi qulağı olaram, gördüyü gözü olaram.

Danışdığı dili olaram, tutduğu əli olaram, yol getdiyi ayağı olaram. Əgər məni çağırarsa - gələrəm. Əgər Məndən bir şey istəyərsə - ona verərəm".

İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, o kəs dünyanı sevər və biz Əhli-Beytdən (ə) qeyri vilayətdə olar - Allahı sevməz".

İmam Sadiq (ə) buyurur: "Allahı sevən insan o kəsdir ki, Allahla münacat zamanı mələklər onun varlığı ilə qürur duyar və görüşdüklərinə görə iftixar edərlər. Allah onun vasitəsilə şəhərləri abad edər. Onun kəramət və ali-cənablığına görə bəndələrinə kəramət bağışlayar.

Bəndələrinin istəyini ona görə əta edər. Onun vasitəsilə bəlanı insanlardan dəf edər".