Tovuz sakininin muzeyi görənlərin diqqətini cəlb edir VİDEO


Digərləri 10 İyl 2018 21:11:00 336 0

Tovuz sakininin muzeyi görənlərin diqqətini cəlb edir  VİDEO

Tovuz sakininin mağazasında yaratdığı muzey görənlərin diqqətini cəlb edir. Böyük mebel mağazasının bir guşəsində sərgilənən eksponatların içərisində bölgənin qədim tarixini, orta əsrləri və sovet dönəmini əks etdirən 5 mindən çox eksponatlar və cəmi bir dəfə çap olunan müxtəlif kitablar da yer alıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mağazaya mebel almaq üçün gələnlər buradakı tarix-diyarşünaslıq muzeyini maraqla seyr edirlər.

Tarixin müəyyən dövrəlrinə aid qiymətli dəlillərin, qədim ekspanatların yer aldığı muzeyi Tovuz rayonun Əyyublu kəndində yaşayan həvəskar tarixçi Mübariz Mehraliyev yaradıb. Onun şəxsi muzeyində Alban dövlətinə məxsus daş üzərində yazı,qədim türk tayflarına məxsus silahlar,xəncər və ox başlıqları, müxtəlif dövlətlərə və dövrlərə məxsus kağız və metal pul sikkələri, əkinçilik alətləri, saxsı qablar, küplər, müxtəlif dövrləri və mövzuları əhatə edən kitablar və sayr qiymətli əşyalar yer alır.

Muzeyin sahibi bu eskponatları olduqca çətinliklə əldə etdiyini deyir. Amma eşidən bilən kömək də edir, tapdığı, rastlaşdığı əşyaları pay da verirlər. Pulu ilə aldığı qədim mədəniyyət nümunələri də olub.


Xəbərə aid video