Taksi xidmətinin keyfiyyəti artırılacaq VİDEO


Digərləri 10 İyl 2018 21:12:00 374 0

Taksi xidmətinin keyfiyyəti artırılacaq  VİDEO

Rayonlarda taksi sürücülərinin reytinqi hazırlanacaq. Daha yaxşı xidmət göstərən sürücüləri elə sərnişinlər özləri qiymətləndirəcək. Bu da bölgələrdə taksi xidmətinin keyfiyyətini yüksəldəcək. Dövlət avtomobil nəqliyyatı xidməti bütün bu yenilikləri özündə əks etdirən təkliflər paketi hazırlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bölgələrdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin əksəriyyəti standartlara cavab vermir. Bunu nəzərə alan Dövlət Avtomobil Nəqliyyatı Xidməti təkliflər paketi hazırlayıb. Təkliflər paketində taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların aradan qaldırılması da əsas hədəf kimi götürülüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə sərnişin daşıyan sürücülərə də xəbərdarlıq edib. Qurumun sözçüsü Nuridə Allahyarova bildirib ki, həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə bu avtomobillərlə sərnişin daşınması tam qanunsuzdur. Belə avtomobillər yalnız xüsusi müqavilə əsasında sərnişin daşıya bilərlər


Xəbərə aid video