Tanınmış azərbaycanlı teleaparıcı: "Ailəmlə efirə çıxmaram"


Şou-biznes 10 İyl 2018 21:03:00 284 0

Tanınmış azərbaycanlı teleaparıcı: "Ailəmlə efirə çıxmaram"

Teleaparıcı Ceyhun Səfərin Son.az-a müsahibəsi.

- Ceyhun bəy, uzun illərdir ki, ATV xəbərdə həm redaktor, həm də xəbər aparıcısı vəzifələrində çalışırsınız. Xəbəri yazmaq, xəbəri oxumaq, yoxsa xəbəri bir tamaşaçı kimi izləmək daha rahatdır?

- Xəbəri izləmək imkanım olmur. Heç başqa kanalları da izləyə bilmirəm. Amma xəbəri yazıb, təqdim etmək daha maraqlıdır. Çünki bu mənim peşəmdir.

- Deməli yazmağı daha üstün tutursunuz.

- Bəli, bəlkə də tamaşaçılara qəribə gələr, mən kompüterdən az istifadə edirəm, qələmlə yazmağa üstünlük verirəm.

- Qələmin sehrinə inanırsınız?

- Əlbəttə! Ürəkdəki ən böyük damarlar gəlir barmaqların ucunda ən xırda kapilyarlara qədər hiss etməmizi aktivləşdirir. Qələmlə yazanda birbaşa beynimizlə əlaqəli oluruq biz.

- Mən bilirəm ki, siz bu sahəyə gələndə jurnalistikanı bir çox gənclərə tədris etmisiniz. Bu gün də bunu tədris edirsiniz?

- Xeyr, ara-sıra olub ki, Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin tələbələri ilə görüşə dəvət ediblər, maraqlı görüş baş tutub. Amma tədrislə məşğul deyiləm. Başqa sahədə tədrislə məşğul olmağa hazırlaşıram.

- Hansı sahədir?

- Mən bioloqam, elmi iş müdafiə etmişəm, bu sahənin alimiyəm.

- Ailənizdən nə danışa bilərsiniz?