Qadın, oğlu və qardaşı oğlu göldə boğularaq öldü


Digərləri 10 İyl 2018 20:18:00 247 0

Qadın, oğlu və qardaşı oğlu göldə boğularaq öldü

Masallı rayonunda üç nəfər göldə boğulub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.