"Turizm obyektləri təhlükəsizlik tədbirlərini gücləndirilməlidir"


Digərləri 10 İyl 2018 20:00:00 359 0

"Turizm obyektləri təhlükəsizlik tədbirlərini gücləndirilməlidir"

"Turizm obyektlərində müştərilərin istirahəti üçün nəzərdə tutulan atraksionlar, su hövzələri, aquaparklarda və kanat yollarında tam təhlükəsizliyin təmin edilməsi üçün kompleks olaraq təhlükəsizlik tədbirləri görülməlidir".

Son.az bildirir ki, bunu "sherg.az"a Qubada kanatın sınması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədən danışarkən təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev deyib. 

O xüsusilə vurğulayıb ki, insanların sıx istirahət etdiyi məkanlarda bütün "fors- major" hallar nəzərə alınmadır:

"Kanat yolları xüsusilə təhlükə potensiallı obyektlər siyahısına daxil edilib. Ondan istifadə zamanı bütün gərəkli təhlükəsizlik tədbirləri həyata keçirmək lazımdır. 

"Tros"larının istifadəyə yararlı, əyləc sisteminin saz olması, sürətinin, dönmə anında sürəti, kabinəsinə tutumu qədərdən artıq adamın minməməsi və s. nəzərə alınmalıdır. Əgər hər hansı nasazlıq varsa, təbii ki, onun istismarına icazə verilməməlidir.