Elçin Quliyev: Dövlət bayrağımız qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacaq


Digərləri 10 İyl 2018 20:07:22 282 0

Elçin Quliyev: Dövlət bayrağımız qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacaq

Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib

Bakı. 2018-ci ildə yaradılmasının 11-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb. DSX-dan Trend-ə verilən məlumata görə, iyulun 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər. Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Xidmət rəisi Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.