Unibank 15 milyon manata yaxın mənfəət əldə edib


Digərləri 10 İyl 2018 19:05:10 230 0

Unibank 15 milyon manata yaxın mənfəət əldə edib

Unibank KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub.

Bakı. Unibank KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb. 2018-ci ilin ikinci rübü ərzində Unibank-da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində də əhəmiyyətli dərəcədə artım davam etməkdədir. İkinci rüb ərzində də aktiv kreditləşmə müşahidə olunub. 2018-ci ilin ikinci rübü ərzində ilin əvvəlinə nisbətən kiçik və orta biznes, mikro və nağd istehlak kreditləri üzrə artım qeydə alınıb. Unibank ölkə əhalisinin ən çox güvəndiyi banklar siyahısında qalmaqda davam edir. İlin əvvəlindən bu yana banka qoyulan depozitlərin həcmi artıb. Hazırda bankın depozit portfeli 246 milyon manatı keçib. Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, ikinci rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. Ötən ilin sonu ilə müqayisədə debet kartların sayı 11% artıb.