Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 4 il keçir VİDEO FOTO


Digərləri 10 İyl 2018 19:00:00 470 0

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 4 il keçir  VİDEO  FOTO

Pərvanə şam işığına gedərək özünü yandıran kimi, onlar da öz həyatlarını Vətən eşqi, Vətən həsrəti uğruna yandırdılar.  

Son.az ARB 24-ə istinadla xəbər verir ki, söhbət 4 il əvvəl öz ata-baba yurdunu  ziyarət etmək üçün Kəlbəcərə gedən və orada girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və güllələnərək öldürülən Həsən Həsənovdan gedir. 

Nail Həsənov deyir, qardaşı Həsən bilirdi ki, bu səfər onun  canı bahasına başa gələcək. Amma yaxınları onu bu fikrindən döndərə bilməyib.

Nail Həsənov - Həsən Həsənovun qardaşı: "Sosial şəbəkələrdə dayım bütün paylaşımlarını vətən uğrunda edərdi. Deyərdi, nə qədər ki, torpağımız işğal altındadır, bizim yaşamağa haqqımız yoxdur. Dözə bilmir vətən həsrətinə".

Həsənin tək  narahatlığı ailəsi ilə bağlı olub. Kəlbəcərdə başına bir hadisə gələrsə, ailəsinə arxa duran axtarırdı. Bugünsə onun ailəsinin arxasında dövlət dayanır, himayə edir. Həsənin yaxınları girov götürlən  Şahbaz Quliyevlə, Dilqəm Əsgərovun tezliklə azad olmasını istəyirlər. 

Nail Həsənov - Həsən Həsənovun qardaşı: "Həsənin meyidi dövlətimizin səyi nəticəsində alındı, gətirildi, dəfn edildi. Lakin, mən Həsənin ailəsi olaraq onların orada qalmağına da biganə qala bilmirəm. Çünki, onlar da Həsənlə birgə gediblər. Kəlbəcəri axırıncı dəfə 4 il bundan qabaq gözləri ilə görən 3 azərbaycanlı olublar onlar".

Həmin səfərdə girov götürülən Şahbaz Quliyevin yaxınları təskinlik üçün göndərilən məktubların artıq faydasının olmadığını deyirlər. 4 illik həsrətin başa çatmasını, Şahbazın sağ-salamat geri qayıtmasını istəyirlər. Beynəlxalq təşkilatların məsələyə  biganəliyi onları narahat edir. 


Xəbərə aid fotolar