Bordin: "İlkin hədəf zirvəyə qayıtmaqdır"


İdman 10 İyl 2018 19:00:00 260 0

Bordin: "İlkin hədəf zirvəyə qayıtmaqdır"

"Hələlik mən Azərbaycan futbolundakı reallıqların böyük hissəsini görə bilməmişəm. Çünki biz xaricdə təlim-məşq toplanışında idik".  Goal.az xəbər verir ki, bunu "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis özü kimi "Neftçi"nin də ambisiyalı olduğunu vurğulayıb: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir. Çempionatın aparıcı komandaları olan "Qarabağ" və "Qəbələ" ilə eyni mövqedə durmağa can atır. İlkin hədəf zirvəyə qayıtmaqdır".  

Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə iyunun 8-də baş məşqçi təyin olunub. Paytaxt klubu onunla 2 illik müqavilə imzalayıb.