Evləri qarət edən oğru tutuldu VİDEO FOTO


Digərləri 10 İyl 2018 18:50:00 312 0

Evləri qarət edən oğru tutuldu  VİDEO  FOTO

Bakının Nərimanov rayonunda silsilə mənzil oğurluqları törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunan Niyaməddin Əliyev tutulub. 

Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.

Niyaməddin Əliyev - saxlanılan şəxs: "Nərimanov rayonu ərazisində 5 cinayət hadisəsi törətmişəm, ona görə polis əməkdaşları məni saxlayıblar. Oğurluq etdiyim evlərin hamısı birinci mərtəbədə idi. Girib qızıl, gümüş oğurlamışam. Qiymətli əşyaları oğurlamışam".  


Xəbərə aid fotolar