Liverpool argentinalı futbolçunu transfer etməyəcək
İdman 10 İyl 2018 18:38:00 260 0
Juventus-un hücumçusu Paulo Dibalanın İngiltərə macərası baş tutmayacaq. Goal.az xəbər verir ki, Liverpool argentinalı futbolçunu transfer etmək fikrindən daşınıb.
Daha öncə Kriştianu Ronaldonun Juventus-a keçməsi halında Dibalanın Mersisayd klubuna satılacağı barədə xəbərlər yayılmışdı. 2017-18 mövsümündə İtaliya A Seriyasında 33 matçda meydana çıxan Paulo Dibala 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: goal.az