Dövlət Gömrük Komitəsinin sədri "Caspian European Club"un idarə heyətinin üzvləri ilə görüşüb (FOTO)


Digərləri 10 İyl 2018 18:38:00 297 0

Dövlət Gömrük Komitəsinin sədri "Caspian European Club"un idarə heyətinin üzvləri ilə görüşüb (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri "Caspian European Club"un idarə heyətinin üzvləri ilə görüşüb

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Caspian European Club"un Baş İcraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Caspian European Club"la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində müstəqilliyimizin əsas atributlarından birinə çevrilən gömrük orqanlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, diqqət və qayğısı nəticəsində ölkəmizin ən dinamik inkişaf edən dövlət qurumlarından biri kimi formalaşdığını diqqətə çatdıran Komitə sədri, son illərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi gömrük sahəsində də həyata keçirdiyi innovativ islahatların gömrük işinin fəlsəfəsini dəyişərək xarici ticarətin sürətləndirilməsinə, ölkəmizin tranzit potensialının artmasına, sahibkalıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb. Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sistemininin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini bildirən Komitə sədri bildirib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.