Ukrayna dairəsində hərəkət məhdudlaşdırılır


Digərləri 10 İyl 2018 17:53:00 268 0

Ukrayna dairəsində hərəkət məhdudlaşdırılır

Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir.

Bakı. Samir Əli - Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq. Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.