Gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq işləri aparılır


Digərləri 10 İyl 2018 17:38:26 299 0

Gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq işləri aparılır

2019 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri aparılır

Bakı. Bu gün Gənclər və İdman Nazirliyində 2019-cu ilin iyul ayında Bakı şəhərində keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç iştirak ediblər. Toplantı zamanı 2019 Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.