Portiqaliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi


İdman 10 İyl 2018 17:29:00 245 0

Portiqaliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşın taleyinə aydınlıq gəlib. Goal.az xəbər verir ki, yerli federasiya təcrübəli mütəxəssisə etimad göstərəcək.

Bu barədə qurumun prezidenti Fernando Qomeş açıqlama verib. O bildirib ki, 64 yaşlı çalışdırıcı daha 2 il postunda qalacaq:

“Hər şey plana uyğun olmalıdır. Avropa çempionatındakı zəfərdən sonra Santuşla 2020-ci ilə qədər müqavilə bağlamaq qərarına gəlmişdik. Bütün perspektivləri və DÇ-2018-dəki mümkün problemləri nəzərə almışdıq. Turnirdə hədəfə çatmamaq hər şeyi dəyişmək anlamına gəlməməlidir. Qarşıdan Millətlər Liqası və Avropa çempionatı gəlir. Biz Avropa çempionuyuq və bu titulu qorumağa çalışacağıq”.

Fernando Santuş 2014-cü ildən Portuqaliya yığmasını çalışdırır.