Bakıda işlədiyi şirkətdən pul mənimsəyən qadına şərti cəza verilib


Sosial 10 İyl 2018 16:35:04 59 0

Bakıda işlədiyi şirkətdən pul mənimsəyən qadına şərti cəza verilib

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Ağır Cinayətlər Məhkəməsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin 134 min manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər üç şəxsə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Səidə Məmmədovanın 6 il, Tural Quliyevlə Asif Abdullayevin isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri - Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən S.Məmmədova olduğu məlum olub.

Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.

Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.

Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.

Məhkəmə istintaq dövründə həmin şəxslər ev dustaqlığına buraxılıb.

S.Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

İttiham aktına əsasən, onlar şirkətin 68 min 603 manat pulunu mənimsəyib. Təqsirləndirilən şəxslər zərəri ödəyib.

Kanalda batdığı deyilən qadını polis də axtarır - FOTO like
  • 10 İyl 16:28  
Digərləri Kanalda batdığı deyilən qadını polis də axtarır - FOTO

Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iyulun 8

arrow Ətraflı
Türkiyədə dörd yeni nazir səlahiyyətlərinə xitam verdi like
  • 10 İyl 16:28  
Dünya Türkiyədə dörd yeni nazir səlahiyyətlərinə xitam verdi

Türkiyədə dörd nazir deputatlıqdan istefa verib.

arrow Ətraflı
Atletimiz Olimpiya oyunlarına vəsiqə qazandı like
  • 10 İyl 16:27  
İdman Atletimiz Olimpiya oyunlarına vəsiqə qazandı

Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyu

arrow Ətraflı
Bakıda gecə klubunun sahibi müştərini döyüb like
  • 10 İyl 16:19  
Sosial Bakıda gecə klubunun sahibi müştərini döyüb

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır

arrow Ətraflı
Toyda ürəyindən bıçaqlanaraq öldürüldü like
  • 10 İyl 16:18  
Kriminal Toyda ürəyindən bıçaqlanaraq öldürüldü

Şirvanda dəhşət yaşanıb, toyda qətl törədilib.  Son.az ARB TV-yə

arrow Ətraflı
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı like
  • 10 İyl 16:14  
Digərləri Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Heydər Əliyev Beynəlxalq Aeroportu iki milyon sərnişinə xidmət göstərib like
  • 10 İyl 16:10  
Digərləri Heydər Əliyev Beynəlxalq Aeroportu iki milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96

arrow Ətraflı
FHN Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb like
  • 10 İyl 16:08  
Digərləri FHN Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

FHN Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

arrow Ətraflı
Borussia 19 yaşlı futbolçu transfer edib like
  • 10 İyl 16:07  
İdman Borussia 19 yaşlı futbolçu transfer edib

Borussia Dortmund heyətini yeni oyunçu ilə gücləndirib. Goal.az x

arrow Ətraflı